Mərkəzi Bank uçot dərəcəsini 8,5%-ə endirib

15:21 - 1.11.2023


1 noyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 2-dən uçot dərəcəsinin 8,5%-dən 9%-ə endirilməsi barədə qərar qəbul edib.

ABC.AZ xəbər verir ki, AMB - nin məlumatında qeyd olunur ki, faiz dəhlizinin aşağı həddi 7%-dən 7,5%-ə, yuxarı həddi 9,5%-dən 10%-ə endirilib.

Bundan əvvəl AMB ardıcıl 3 iclas uçot dərəcəsini dəyişməz saxladı.

AMB növbəti dəfə uçot dərəcəsi məsələsini dekabrın 20-də müzakirə edəcək.