14:35 - 1.11.2023
1 noyabr, Fineko/abc.az. Mərkəzi Bankı antiinflyasiya xarakterli pul siyasətini və inflyasiyaya təsir imkanlarını artırmaq istiqamətində tədbirlərini davam etdirir.
ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankının faiz dəhlizinə dair açıqlamasında bildirir.
Mərkəzi Bankdan bildirilib ki, “pul siyasəti alətləri bank sisteminin likvidlik mövqeyi və risklər balansı nəzərə alınmaqla” tətbiq edilir.
"Avqust ayından məcburi ehtiyatların yeni qaydalara uyğun saxlanması, daimi imkan alətinə tətbiq olunan günlük limitin ləğv olunması və müxtəlif müddətli notlarla müntəzəm hərracların keçirilməsi bank sistemindəki izafi likvidliyi minimuma endirmişdir”- deyə, açıqlamada qeyd edilir.
Ümumilikdə, Mərkəzi Bankın sterilizasiya portfelinin həcmi (manatla məcburi ehtiyatlar və sterilizasiya yönlü daimi imkan aləti daxil olmaqla) yeni pul siyasəti çərçivəsi işə düşəndən bəri (2022-ci il sentyabrın əvvəli) 3.9 mlrd. manat artaraq 6.4 mlrd. manata çatıb.
10 ay ərzində banklar arasında milli valyutada həm təminatsız, həm də təminatlı pul bazarında bağlanan əqdlərin orta çəkili faiz dərəcələri faiz dəhlizinin dəyişiminə reaksiya verib.
7 Sentyabr 2026
7 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026