14:33 - 31.10.2023
31 oktyabr, Fineko/abc.az. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın oktyabr sayını təqdim edib.
ABC.AZ xəbər verir ki, 2023-cü ilin yanvar-sentyabr ayları ərzində Rusiya Federasiyasına 787,3 milyon ABŞ dolları, Türkiyəyə 631,8 milyon ABŞ dolları, Gürcüstana 240,4 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 112,5 milyon ABŞ dolları, Qazaxıstana isə 78,1 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
Cari ilin sentyabr ayının qeyri-neft ixracı 223,89 milyon ABŞ dolları olub. Bunun da 44,9 milyon ABŞ dollarını yeyinti məhsulları üzrə ixrac, 178,9 milyon ABŞ dollarını isə qeyri-yeyinti məhsulları üzrə ixrac təşkil edib.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026