Prezident Kamran Musayevi təltif etdi - Sərəncam

14:57 - 30.10.2023


30 oktyabr, Fineko/abc.az. Kamran Kazım oğlu Musayev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

ABC.AZ xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Kamran Musayev Azərbaycan Respublikasında səhiyyə sahəsində xidmətlərinə görə təltif olunub.