Azərbaycanda debet kartları üzrə əməliyyatların həcmi 51% artıb

17:19 - 27.10.2023


27 oktyabr, Fineko/abc.az. Azərbaycanda debet kartları üzrə əməliyyatların həcmində artım qeydə alınıb.

ABC.AZ Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2023-cü ilin oktyabrın 1-nə bu növ əməliyyatların həcmi 7 255 mln manat olub.

Bu da illik müqayisədə 2 461 mln manat (51,3%) artım , aylıq müqayisədə 260 mln manat (3,5%) azalma deməkdir.

Belə ki, 2022-ci ilin  oktyabrın 1-nə bu növ əməliyyatların sayı 4 794 mln ədəd, cari ilin  sentyabrın 1-nə 7 515 mln manat olub.