12:26 - 27.10.2023
27 oktyabr, Fineko/abc.az. Ən böyük meşə sahəsinə malik ölkələrin reytinqi hazırlanıb.
ABC.AZ xəbər verir ki, sözügedən reytinqi “Data Statistica” hazırlayıb. Araşdırmaya görə, siyahıya Rusiya liderlik edir. Belə ki, Rusiya 815 milyon hektar meşə sahəsinə malikdir.
ABC.AZ ən böyük meşə sahəsinə malik ölkələri sizə təqdim edir:
Rusiya : 815 milyon hektar
Braziliya: 497 milyon hektar
Kanada: 347 milyon hektar
ABŞ : 310 milyon hektar
Çin : 220 milyon hektar
Avstraliya : 134 milyon hektar
DR Konqo: 126 milyon hektar
İndoneziya: 92 milyon hektar
Peru: 72 milyon hektar
Hindistan: 72 milyon hektar