IBM-in gəliri 14,8 mlrd. dollar artıb

15:17 - 26.10.2023


26 oktyabr, Fineko/abc.az. Cari ilin  İyul-sentyabr dövrü üçün balans hesabatını açıqlayan IBM-in üçüncü rübdə gəliri keçən ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz artaraq 14,8 milyard dollara çatıb. 

ABC.AZ xəbər verir ki, IBM 2022-ci ilin üçüncü rübündə 14,1 milyard dollar gəlir əldə edib.

Şirkətin xalis mənfəəti ilin üçüncü rübündə 1,7 milyard dollara yüksəlib.  IBM ötən ilin üçüncü rübündə 3,2 milyard dollar zərər gördüyünü açıqlamışdı.

Ötən ilin üçüncü rübündə hər səhmə görə 3,54 dollar xalis zərərlə üzləşən şirkət bu ilin eyni rübündə hər səhmə görə 1,84 dollar xalis mənfəət əldə edib.