Problemli kreditlər 20% azalıb

11:50 - 26.10.2023


26 oktyabr, Fineko/abc.az. Cari ilin doqquz ayında Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 519,8 milyon manat təşkil edib. Bu, sentyabrın 1-i ilə müqayisədə 2,7% azdır.

ABC.AZ  Mərkəzi Banka istinadla xəbər verir ki,  problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 12,4%, son 1 ildə isə 20% azalıb.

Bu il sentyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 2,3% təşkil edib. Bu nisbət avqustun sonuna 2,4%, ötən ilin sonuna 2,9%, ötən il sentyabrın sonuna isə 3,3% olub.