11:50 - 26.10.2023
26 oktyabr, Fineko/abc.az. Cari ilin doqquz ayında Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 519,8 milyon manat təşkil edib. Bu, sentyabrın 1-i ilə müqayisədə 2,7% azdır.
ABC.AZ Mərkəzi Banka istinadla xəbər verir ki, problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 12,4%, son 1 ildə isə 20% azalıb.
Bu il sentyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 2,3% təşkil edib. Bu nisbət avqustun sonuna 2,4%, ötən ilin sonuna 2,9%, ötən il sentyabrın sonuna isə 3,3% olub.
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
30 Avqust 2026
31 Avqust 2026