11:39 - 26.10.2023
26 oktyabr, Fineko/abc.az. Bu gün Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Mərkəzi Bank arasında memorandum imzalanacaq. Bu da iki təşkilat arasında maliyyə bazarlarında informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində məlumatlılığın artırılması və qabaqlayıcı tədbirlərin görülməsi üzrə əməkdaşlığı gücləndirəcək.
ABC.AZ xəbər verir ki, bunu Bakı Konqres Mərkəzində keçirilən “Critical Infrastructure Defence Challenge 2023”in (CIDC-2023) açılışında Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
"Biz kibermədəniyyətin formalaşdırılması, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində məlumatlılığın artırılması istiqamətində öz qüvvələrimizi birləşdirəcəyik. Bugünkü tədbir ölkənin kibertəhlükəsizlik sahəsinin inkişafı istiqamətində mühüm bir platformaya çevriləcək", - deyə T.Kazımov əlavə edib.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026