10:27 - 24.10.2023
24 oktyabr, Fineko/abc.az. “Azmikroinvest” Bank Olmayan Kredit Təşkilati MMC-nin nizamnamə kapitalı 1 milyon manatın üzərində qaldırılıb.
ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, BOKT-nin kapitalı 15% artırılmaqla 898 600 manatdan 1 032 600 manata qədər artırılıb.
Xatırladaq ki, BOKT 2022-ci ildə 177 793 manat gəlirə qarşı 12 031 manat zərər edib. Ötən ilin sonuna təşkilatın 1 585 280 manat aktivləri olub.
“Azmikroinvest” BOKT MMC 2013-cü ildə təsis edilib. Kapitalının 100%-i İlqar Əhmədzadə adlı şəxsə məxsusdur.
7 Sentyabr 2026
7 Sentyabr 2026
5 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026