11:43 - 12.07.2018
12 iyul, Fineko/abc.az. İyulun 12-də səhər saatlarında Bakı-Qazax avtomobil yolunda Bakının Qaradağ rayonu ərazisində ağır yol qəzası baş verib.
Isuzu (90-OJ-802) markalı yük avtomobili 149 saylı marşrutun Otoyol (10-TF-383) sərnişin avtobusu ilə toqquşdu.
Nəticədə avtobus aşdı, bir sərnişin qadın həlak oldu, təxminən 10 nəfər yaralanıb xəstəxanaya aparıldı.
Fakt üzrə araşdırma aparılır.
27 İyul 2026