Fiziki şəxslərin “Azərbaycan Sənaye Bankı”ına qoyduğu depozitlər kəskin azalıb - Hesabat

17:03 - 23.10.2023


23 oktyabr, Fineko/abc.az. 2023-cü ilin 3-cü rübünə olan hesabata əsasən, dövrün sonuna fiziki şəxslərin “Azərbaycan Sənaye Bankı”ına qoyduğu depozitlər 9.265 milyon manat azalaraq 301.770 milyon manat olub.

ABC.AZ xəbər verir ki, ASB-nin kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri 9 ay ərzində 142.325 milyon manatdan 117.815 milyon manata enib (24.510 milyon manat artım).

Bankın nizamnamə kapitalı cari ilin əvvəlinə nəzərən 3.481 milyon manat artaraq 104.713 milyon manatdan 108.194 milyon manata çatıb.

Hesabat dövründə ASB-nin faiz gəlirləri 24.447 milyon manat, faiz xərcləri isə 12.441 milyon manat təşkil edib. ASB mümkün zərərlər üçün 124 min manatlıq məqsədli ehtiyatlar yaradıb.

Bankın məcmu kapitalı isə 110.720 milyon manat təşkil edib. Qeyd edək ki, Mərkəzi Bankının İdarə Heyətinın qərarı ilə fəaliyyətdə olan bankların məcmu kapitalı minimum 50 milyon manat təşkil etməlidir.

Müəllif: Elmir Murad