11:19 - 20.10.2023
20 oktyabr, Fineko/abc.az. VTB (Azərbaycan) vakansiyalar elan edir
Kredit mütəxəssisi
Tələblər:
• Maliyyə və İqtisadiyyat üzrə ali təhsil;
• bank sahəsində satış üzrə təcrübəsi olanlara üstünlük verilir;
• müştəri cəlb etmə və satış bacarıqları;
• məsuliyyətlilik, ünsiyyətçilik.
Vəzifələri:
• Yeni müştərilərin axtarışı və cəlb edilməsi;
• müştərilərə yüksək səviyyədə xidmət göstərilməsinin təmin edilməsi;
• müştərinin konsultasiyası və onun kredit məhsuluna olan tələbatının təhlili;
• əmanət, cari hesab, plastik kart və s. müqavilələrinin rəsmiləşdirilməsi;
• bank məhsulların satışlarının stimullaşdırılması üzrə marketinq proqramlarının aparılmasında iştirak.
CV [email protected] elektron poçt ünvanına göndərilməlidir (CV vakansiyanın adını göstərməklə göndərilməlidir).
*
Mühasibat uçotu şöbəsinin mütəxəssisi
Tələblər
• Maliyyə/ iqtisadi üzrə ali təhsil;
• mühasibatlıq sahəsində 2 il iş təcrübəsi, bank mühasibatlığı sahəsində təcrübəyə üstünlük verilir;
• mühasibat uçotu ilə bağlı qanunları və digər normativ hüquqi aktları bilmək;
• vergi və təsərrüfat failiyyəti ilə bağlı qanunvericiliyi üzrə əsas biliklər;
• ACCA peşə ixtisaslaşması üzrə baza sertifikatları arzuolunandır;
• Azərbaycan və rus dillərini sərbəst bilmək;
Vəzifələri
• Günün sənədlər toplusunun hazırlanması;
• Təsərrüfat və digər müqavilələr üzrə məlumat bazasının və ödəniş cədvəlinin aparılması, müqavilə öhdəliklərinin yerinə yetirilməsinə nəzarətin təmin edilməsi;
• Qeyri-rezidentlərlə bağlanmış mal, iş və xidmət müqavilələri ilə hesablaşmalar;
• yeni bank məhsulları və prosedurları üçün mühasibat uçotu modellərinin tərtib edilməsi, Bankın mühasibat uçotu modellərinin məlumat bazasının yenilənməsi və yaradılması;
• Bankın əsas vəsaitlərinin, aşağı qiymətli və köhnəlmiş əşyaların, əsas olmayan aktivlərinin uçotunun aparılması;
• Bankın aktiv və öhdəliklərinin inventarının təşkili və aparılması.
Şəxsi anket forması [email protected] elektron poçt ünvanına göndərilməlidir (CV formaları vakansiyanın adını qeyd etməklə göndərilməlidir).
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
30 Avqust 2026
31 Avqust 2026