VTB (Azərbaycan) vakansiyalar elan edir

11:19 - 20.10.2023


20 oktyabr, Fineko/abc.az. VTB (Azərbaycan)  vakansiyalar elan edir

Kredit mütəxəssisi

Tələblər: 
•    Maliyyə və İqtisadiyyat üzrə ali təhsil;
•    bank sahəsində satış üzrə təcrübəsi olanlara üstünlük verilir;
•    müştəri cəlb etmə və satış bacarıqları;
•    məsuliyyətlilik, ünsiyyətçilik.
Vəzifələri:
•    Yeni müştərilərin axtarışı və cəlb edilməsi;
•    müştərilərə yüksək səviyyədə xidmət göstərilməsinin təmin edilməsi;
•    müştərinin konsultasiyası və onun kredit məhsuluna olan tələbatının təhlili;
•    əmanət, cari hesab, plastik kart və s. müqavilələrinin rəsmiləşdirilməsi;
•    bank məhsulların satışlarının stimullaşdırılması üzrə marketinq proqramlarının aparılmasında iştirak.
CV [email protected] elektron poçt ünvanına göndərilməlidir (CV vakansiyanın adını göstərməklə göndərilməlidir).
*
Mühasibat uçotu şöbəsinin mütəxəssisi
Tələblər

•    Maliyyə/ iqtisadi  üzrə ali təhsil;
•    mühasibatlıq sahəsində 2 il iş təcrübəsi, bank mühasibatlığı sahəsində təcrübəyə üstünlük verilir;
•    mühasibat uçotu ilə bağlı qanunları və digər normativ hüquqi aktları bilmək;
•    vergi və təsərrüfat failiyyəti ilə bağlı qanunvericiliyi üzrə əsas biliklər;
•    ACCA peşə ixtisaslaşması üzrə baza sertifikatları arzuolunandır;
•    Azərbaycan və rus dillərini sərbəst bilmək;

Vəzifələri  
•    Günün sənədlər toplusunun hazırlanması;
•    Təsərrüfat və digər müqavilələr üzrə məlumat bazasının və ödəniş cədvəlinin aparılması, müqavilə öhdəliklərinin yerinə yetirilməsinə nəzarətin təmin edilməsi;
•    Qeyri-rezidentlərlə bağlanmış mal, iş və xidmət müqavilələri ilə hesablaşmalar;
•    yeni bank məhsulları və prosedurları üçün mühasibat uçotu modellərinin tərtib edilməsi, Bankın mühasibat uçotu modellərinin məlumat bazasının yenilənməsi və yaradılması;
•    Bankın əsas vəsaitlərinin, aşağı qiymətli və köhnəlmiş əşyaların, əsas olmayan aktivlərinin uçotunun aparılması;
•    Bankın aktiv və öhdəliklərinin inventarının təşkili və aparılması.

Şəxsi anket forması [email protected] elektron poçt ünvanına göndərilməlidir (CV formaları vakansiyanın adını qeyd etməklə göndərilməlidir).