Üçüncü rübün sonunda “Bank of Baku”ya hüquqi şəxslərin qoyduğu depozitlər kəskin azalıb

15:36 - 19.10.2023


19 oktyabr, Fineko/abc.az.   “Bank of Baku” 2023-cü ilin 3-cü rübünə olan hesabatını açıqlayıb.

ABC.AZ hesabata istinadən xəbər verir ki, cari ilin əvvəlində hüquqi şəxslərin banka qoyduğu depozitlər 35.513 milyon manat olduğu halda, 3-cü rübün sonunda bu göstərici 7.218 milyon manat azalaraq 28.295 milyon manata enib.

Hesabatdan görünür ki, “Bank of Baku”nun kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri 9 ay ərzində 123.669 milyon manatdan 137.698 milyon manata yüksəlib (14.029 milyon manat artım).

Bankın nizamnamə kapitalı dəyişməyib – 52.870 milyon manat təşkil edib.

Hesabat dövründə “Bank of Baku”nun faiz gəlirləri 94.116 milyon manat, faiz xərcləri isə 29.339 milyon manat təşkil edib.

“Bank of Baku” mümkün zərərlər üçün 62.928 milyon manatlıq məqsədli ehtiyatlar yaradıb.