Cənubi Koreyada “Kia” işçiləri tətil etməyi planlaşdırır

12:31 - 11.10.2023


11 oktyabr, Fineko/abc.az. “Kia”nın işçiləri tətil etmək qərarına gəlib. Belə ki, işçilər maaşların artırılması və iş müddətinin azaldılmasını istəyir.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, zavod əməkdaşları tətili oktyabrın 12-dən etibarən başlayacaqlar və 6 iş günü ərzində etməyi düşünürlər.

“Kia”da mütəşəkkil həmkarlar ittifaqı minimum əsas aylıq əmək haqqının 184,900 von (138,12 ABŞ dolları) artırılmasını, “Kia”nın 2022-ci il xalis mənfəətinin 30%-nə bərabər performans ödənişinin, pensiya yaşının 60-dan 64-ə qaldırılmasını və 4 günlük iş tələb edir.

Qeyd edək ki, iyul ayından indiyədək birlik və rəhbərlik 14 dəfə iclas keçirib.