11:13 - 11.10.2023
11 oktyabr, Fineko/abc.az. Naxçıvanda qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2 dəfə artıb.
2023-cü ilin yanvar-sentyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasında 4 340 yeni vergi ödəyicisi qeydiyyata alınıb.
ABC.AZ xəbər verir ki, bunların 89,6 faizi fiziki, 10,4 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2 dəfə, o cümlədən fiziki şəxslərin sayı 1,8 dəfə, hüquqi şəxslərin sayı isə 32 dəfə artıb.
Yanvar-sentyabr aylarında kommersiya qurumlarının 64 faizi elektron qaydada, 36 faizi isə kağız daşıyıcılar vasitəsilə müraciətlər əsasında uçota alınıb.
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026