Nazir Söyüdlüdəki mədən şirkətindəkipozuntu halalrəndan danışdı

14:33 - 28.09.2023


28 sentyabr, Fineko/abc.az. Gədəbəy rayonunun Söyüdlü kəndində fəaliyyət göstərən “Azərbaycan Beynəlxalq Mədən Şirkəti”(AIMC) bütün tövsiyələri, monitorinq nəticələrini qəbul edib və pozuntu hallarının olduğunu etiraf edib.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılmış Komissiyanın sədri, ekologiya və təbii sərvərlər naziri Muxtar Babayev deyib.

O bildirib ki, qısa və uzunmüddətli tədbirlər görüləndən sonra burada yüksək texnologiyalara malik müəssisə yaradıla bilər: "Şirkət tərəfindən mövcud gölün 2,4 metr artırılması təklif edilib. Fəaliyyətin davam etdirilməsi üçün gölün həcmi artırılmalıdır. Bu, imkan verəcək ki, şirkət bir il ərzində işini davam etdirsin və digər texnologiyalara keçid etsin. Dövlət tərəfindən bunun üçün fürsət yaradıla bilər. Lakin pozuntular mərhələli şəkildə aradan qaldırıla bilər".