14:16 - 22.09.2023
22 sentyabr, Fineko/abc.az. Şuşada Azərbaycan Ordusunun nəzarəti altına keçmiş ərazidə traktor minaya düşüb, xəsarət alan var.
ABC.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyi (ANAMA) birgə məlumat yayıb.
Bildirilib ki, Şuşa rayonunun Xəlfəli kənd ərazisində minalardan təmizlənməmiş ərazidə mina partlayışı baş verib. Belə ki, Azərbaycan Ordusunun nəzarəti altına keçmiş ərazidə yolun salınması fəaliyyəti ilə məşğul olan 1965-ci il təvəllüdlü mülki şəxs idarə etdiyi traktorla minaya düşüb. Hadisə nəticəsində traktorçu yüngül xəsarət alıb. Həyatı təhlükəsi yoxdur.
14 Avqust 2026
14 Avqust 2026
14 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
12 Avqust 2026