Azərbaycan 7 ayda 43 min 741,37 ton “Premium Euro-95” benzini idxal edib

17:30 - 18.09.2023


18 sentyabr, Fineko/abc.az. Azərbaycan 2023-cü ilin yanvar-iyul aylarında 43 min 741,37 ton “Premium Euro-95” markalı avtomobil benzini idxal edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 21,2% azdır.

ABC.AZ İnterfax-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

İdxal olunmuş “Premium Euro-95” markalı benzinin dəyəri $41 milyon 192,05 min (azalma 24,1%) təşkil edib.

İdxalın əsas həcmi - $25 milyon 48,79 min dəyərində (azalma 18,2%) 18 min 665,3 ton) 26 min 687,2 ton (azalma 15,7%) Rusiyanın payına düşüb.