14:39 - 15.09.2023
15 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Hesablama Palatasının həyata keçirdiyi nəzarət tədbirləri nəticəsində artıq xərcləmənin, eləcə də büdcəyə hesablanmamış ödənişlərin məbləği 91.6 milyon manat təşkil edib.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
Palata sədri qeyd edib ki, həmin məbləğin 39.6 milyom manatının dövlət büdcəsinə bərpası ilə bağlı qərar qəbul edilib:
“Cinayət əməlinin olduğu ehtimal edilən 9 material üzrə 28.5 milyon manatdan yuxarı rəqəmlə bağlı məlumatlar hüquq-mühafizə orqanlarına göndərilib. Bərpası haqqında qərar verilməyən məbləğin təqribən 23.5 milyon manatdan çox hissənin dayandırılması ilə bağlı qərar qəbul olunub. Bu xərclərin bərpası ilə bağlı qərar verilməməsi daha çox sosial xarakterli ödənişlərlə bağlıdır”.
8 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026