10:54 - 9.07.2018
9 iyul, Fineko/abc.az. Türkiyədə baş vermiş dəmiryolu qəzası nəticəsində 24 nəfər ölüb, 124 nəfər yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib, onların müalicəsi davam edir.
Bazar günü Türkiyənin şimal-qərbində hərəkət edən sərnişin qatarının beş vaqonu relslərdən çıxmışdır, ölən və yaralananlar var.
İlkin məlumatlara görə, qatarda 360 sərnişin var idi.
Qatar, Kapıkule - İstanbul marşrutu ilə hərəkət edirdi, lakin Tekirdağ vilayətində keçid zamanı qatarın bir qismi relslərdən çıxıb aşmışdır.
Hadisə yerinə xilasedicilər və təcili yardım briqadaları gəlmişdir.
9 Oktyabr 2026
9 Oktyabr 2026
9 Oktyabr 2026
9 Oktyabr 2026
9 Oktyabr 2026
9 Oktyabr 2026