15:25 - 12.09.2023
12 sentyabr, Fineko/abc.az. 2023-cü ilin yanvar-avqust ayları üzrə operativ məlumatlara əsasən, 8 ay ərzində Azərbaycanda 32,2 milyard kubmetr təbii qaz hasil edilib.
Energetika Nazirliyindən ABC,AZ-a daxil olan məlumata görə, qazın 8,6 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 17,6 milyard kubmetri “Şahdəniz”dən, 0,2 milyard kubmetri “Abşeron”dan, 5,8 milyard kubmetri SOCAR üzrə hasil olunub.
Ötən ilin müvafiq dövrünə nisbətən 5 faiz, yəni 1,5 milyard kubmetr artımla qaz hasil edilib.
Hesabat dövründə xaricə qaz satışı 15,8 milyard kubmetr təşkil edib. Bu müddətdə Türkiyəyə TANAP-la 3,8 milyard kubmetr qaz nəql olunub.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 sentyabr 2023-cü il tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 212 milyard kubmetr, “Şahdəniz”dən isə 200,3 milyard kubmetr qaz hasil edilib.
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
2 Sentyabr 2026