Azərbaycanın qaz ixracı bu qədər artıb - Hesabat

10:25 - 12.09.2023


12 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Azərbaycandan qaz ixracı 9% artıb.

ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Yanvar-avqust aylarında qaz ixracı 9% artıb. Avropaya 7.6 mlrd. m3, Türkiyəyə 6.7 mlrd. m3, Gürcüstana isə 1,5 mlrd. m3 qaz ixrac olunub. Bu dövrdə TANAP Türkiyəni 3,8 mlrd. m3 qazla təchiz edib”, - paylaşımda qeyd olunur.

Məlumata görə, hesabat dövründə Azərbaycanda cəmi 15,8 mlrd. kubmetr qaz ixrac olunub.