"Azmedicon" MMC-yə qarşı protokol tərtib edildi - Cərimə olunur

12:14 - 11.09.2023


11 sentyabr, Fineko/abc.az. "Azmedicon" MMC-yə əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə olan (Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması)  inzibati xəta protokolu tərtib olunub.

ABC.AZ xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 215.4-cü  maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə görə  qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

İşə Gəncə Şəhər Məhkəməsində  hakim Asif Əliyevin icraatındadır.

Məhkəmə ilə əlaqəli baxış iclası 19.09.2023, saat 15:30-a təyin edilib.