Bakıda 1 əsrlik bina sökülür

16:00 - 1.09.2023


1 sentyabr, Fineko/abc.az. Bakının Sabunçu qəsəbəsində "Stansiyanın yanı, 32" adlanan ünvanda yerləşən bir əsrlik tarixə malik bina sökülə bilər.

ABC.AZ xəbər verir ki, binanın qəzalı vəziyyətdə olması təsdiq edilib.

Sabunçu Rayon İcra Hakmiyyətindən bildirilib ki, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev (keçmiş Stansiyayanı) küçəsi, ev 32 ünvanında yerləşən, 2 mərtəbəli, 3 girişli, 22 mənzilli yaşayış binası 1898-ci ildə inşa olunub.

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən tərtib olunmuş 17 noyabr 2015-ci il tarixli aktla həmin binanın texniki cəhətdən qəzalı olduğu müəyyən edilib və istismar üçün təhlükəli hesab olunub.