İlham Əliyev bu ölkələrə səfir təyin etdi - Sərəncam

15:57 - 29.08.2023


29 avqust, Fineko/abc.az. Qismət Füzuli oğlu Gözəlov Azərbaycan Respublikasının Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.

ABC.AZ xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının Sərəncamı ilə Həsən Sultan oğlu Zeynalov Azərbaycan Respublikasının Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Prezidentin daha bir Sərəncamı ilə Nəsir Natiq oğlu Məmmədov Azərbaycan Respublikasının İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.