Mənfəət vergisini vaxtından əvvəl ödəyən banklar

15:19 - 25.08.2023


25 avqust, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 24 bankdan 11-i mənfəət vergisi ödəmək üçün ilin sonunu gözləməyib.

ABC.AZ "Renkinq"ə istinadla xəbər verir ki, bunlar, "Azərbaycan Beynəlxalq Bankı" (ABB), "Kapital Bank", "PAŞA Bank", "Bank of Baku", “Bank Respublika”, "Xalq Bank", “Azər-Türk Bank”, "Express Bank", “Naxçıvan Bank” və “Azərbaycan Sənaye Bankı” (ASB) ASC-lər, eləcə də "Yapı Kredi Bank Azərbaycan" QSC-dir.

Adları çəkilən banklar bu ilin yanvar-iyun aylarında dövlət büdcəsinə ümumilikdə 131,27 milyon manat mənfəət vergisi ödəyiblər. Bu baxımdan ən yüksək göstərici ABB-də (50,766 milyon manat), ən aşağı göstərici isə ASB-də (484 min manat) qeydə alınıb.