SOCAR-ın büdcəyə artıq ödəmə məbləği bu qədər olub

17:33 - 22.08.2023


22 avqust, Fineko/abc.az. 2023-cü il iyulun 1-nə vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə təmin olunan gəlirlər üzrə artıq ödəmənin məbləği 2 milyard 150 milyon manat təşkil edir ki, bu da 2022-ci ilin sonuna olan göstəricidən 24,6% çoxdur.

ABC.AZ İnterfax-a istinadə xəbər verir ki, bu barədə Hesablama Palatasından məlumat verilib.

Bu məbləğin 181,7 milyon manatı (6 ay ərzində artım 2,7 dəfə) neft-qaz sektorunun, 1 milyard 968,3 milyon manatı (artım 18,8%) isə qeyri neft-qaz sektorunun payına düşüb.

SOCAR tərəfindən artıq ödəmə məbləği 118,8 milyon manat təşkil edir.