Son bir ildə bank sektorunda çalışanların sayı 7.3% artıb

16:12 - 21.08.2023


21 avqust, Fineko/abc.az. 2023-cü ilin yeddi ayında fəaliyyət göstərən 24 bankın filiallarının sayı 486, şöbələrinin sayı 86, ATM-lərin sayı 3,015 olmuşdur.

Bu barədə ABC.AZ Mərkəzi Bankın hesabatına istinadla xəbər verir.

Hesabat ayında bank sektorunda çalışanların sayı 0.3% və ya 78 nəfər artaraq 23,319 nəfər təşkil edib.

 Ümumilikdə son 1 ildə bank sektorunda çalışanların sayı 7.3% və ya 1,590 nəfər artıb.