11:53 - 18.08.2023
18 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsinin 57,3 faizi Bakı şəhərinin payına düşüb. Bu göstərici 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4 faiz çoxdur.
Bu barədə ABC.AZ Dövlət Statistika Komitəsinə istinadla xəbər verir.
Altı ay dövr üzrə digər rayonlar 5,7 faizi Abşeron-Xızı iqtisadi rayonunun (9,2 faiz çox), 4,9 faizi Mərkəzi Aran iqtisadi rayonunun (0,8 faiz az), 4,4 faizi Gəncə-Daşkəsən iqtisadi rayonunun (1,1 faiz çox), 4,2 faizi Lənkəran-Astara iqtisadi rayonunun (0,4 faiz çox), 3,8 faizi Qazax-Tovuz iqtisadi rayonunun (2,5 faiz çox), 3,4 faizi Şirvan-Salyan iqtisadi rayonunun (0,5 faiz çox), 3,3 faizi Quba-Xaçmaz iqtisadi rayonunun (0,2 faiz çox), 3,2 faizi Şəki-Zaqatala iqtisadi rayonunun (1,3 faiz çox), 3,0 faizi Naxçıvan Muxtar Respublikasının (0,5 faiz çox), 2,6 faizi Qarabağ iqtisadi rayonunun (1,4 faiz çox), 2,5 faizi Mil-Muğan iqtisadi rayonunun (2,5 faiz çox), 1,7 faizi isə Dağlıq Şirvan iqtisadi rayonunun (0,9 faiz az) təsərrüfat subyektlərinin ticarət fəaliyyəti sayəsində yaranıb.
7 Sentyabr 2026
7 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026