Hugo Boss Rusiyadakı aktivlərini satmağı planlaşdırır

10:14 - 17.08.2023


17 avqust, Fineko/abc.az. Almaniyanın Hugo Boss şirkəti Rusiyadakı aktivlərini satmağı planlaşdırdığını açıqlayıb. 

ABC.AZ  xəbər verir ki, bu barədə şirkətin hesabatında qeyd edilir.

Hesabatda 2023-cü ilin birinci yarısında Hugo Boss Rusiyadakı biznes modelini nəzərdən keçirdiyi, aktivlərinin satışı ilə bağlı, o cümlədən şirkətin topdansatış biznesinə çevrilməsi imkanlarını nəzərdən keçirdiyi bildirilir.