Heyvandarlıq məhsullarının istehsalı 3,4 faiz artıb

17:16 - 15.08.2023



15 avqust, Fineko/abc.az.  Cari ilin yanvar-iyul aylarında diri çəkidə 327 min ton ət, 1milyon 305,8 min ton süd, 1 milyon 305,1 milyon ədəd yumurta, 14,4 min ton yun, 356,6 ton barama istehsal olunub.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, ötən ilin yanvar-iyul ayları ilə müqayisədə ət istehsalı 3,1 faiz, süd istehsalı 1,7 faiz, yumurta istehsalı 12 faiz, barama istehsalı 5,1 faiz artıb, yun istehsalı isə 2,6 faiz azalıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,3 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 3,4 faiz, bitkiçilik məhsulları istehsalı isə 3,2 faiz artıb.