14:18 - 15.08.2023
15 avqust, Fineko/abc.az. Bu ilin yeddi aynda ölkədə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 45,4 milyon kilovat-saat, yəni 0,3 faiz artaraq 16 milyard 323,4 milyon kilovat-saat olub.
ABC.AZ Energetika Nazirliyinə istinadla xəbər verir ki, yeddi ay ərzində elektrik enerjisi istehsalı İES-lərdə 14 995,7 milyon kilovat-saat, SES-lərdə 1 107,4 milyon kilovat-saat, digər mənbələr üzrə isə 220,3 milyon kilovat-saat təşkil edib.
Bu dövrdə külək elektrik stansiyalarında 37,6 milyon kilovat-saat, günəş elektrik stansiyalarında 39,6 milyon kilovat-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 143,1 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.
Yeddi ay üzrə elektrik enerjisinin ixracı 1 277,3 milyon kilovat-saat, idxalı isə 157,6 milyon kilovat-saat olub.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026