15:34 - 11.08.2023
11 avqust, Fineko/abc.az. 2023-cü ilin yeddi ayında 14,9 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub.
Bu barədə ABC.AZ Energetika Nazirliyinin hesabatına əsasən xəbər verir ki, bunun 13,2 milyon tonu konsorsium, 1,7 milyon tonu isə SOCAR-ın payına düşüb.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 avqust 2023-cü il tarixinədək 620,3 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib.
“Azəri-Çıraq-Günəşli”dən 577,5 milyon ton neft, “Şahdəniz”dən isə 42,8 milyon tona yaxın kondensat çıxarılıb. Bundan 01 avqust 2023-cü il tarixinədək 618,4 milyon tonu ixraca nəql edilib.
2023-cü ilin 7 ayı üzrə ölkədə neftin emalı 3,7 milyon ton təşkil edib.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026