17:26 - 3.08.2023
3 avqust, Fineko/abc.az. "Azərenerji" ASC 2022-ci ili 436 milyon 506 min manat xalis mənfəət ilə başa vurub.
ABC.AZ xəbər verir ki, dövlət şirkəti 2021-ci ili 147 milyon 227 min manat xalis mənfəət ilə bağlamışdı.
Beləliklə, ötən il xalis mənfəəti təxminən 3 dəfə və ya 289 milyon 279 min manat artıb.
"Azərenerji"nin satışdan gəlirləri 2021-ci ildə 1 milyard 280 milyon 912 min manat ikən, 2022-ci ildə 1 milyard 840 milyon 564 min manata yüksəlib (559 milyon 652 min manat və ya 43,7% artıb).
Ötən il ASC-nin yığılmış zərəri 436 milyon 506 min manat azalaraq 2 milyard 164 milyon 739 min manata düşüb.
2022-ci ildə cəmi aktivləri 374 milyon 677 min manat və ya 9% artaraq 4 milyard 522 milyon 509 min manata yüksəlib.
31 dekabr 2022-ci il tarixində dövlət şirkətinin 1 milyard 172 milyon 998 min manat uzunmüddətli və qısamüddətli kredit borcları olub (2021-ci ilin sonunda 1 milyard 332 milyon 449 min manat təşkil etmişdi).
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
13 Oktyabr 2026