Azərbaycan Rusiyada valyuta ticarətində iştirak edə biləcək

10:11 - 20.07.2023


20 iyul, Fineko/abc.az. Rusiya Maliyyə Nazirliyi əsas aktivi valyuta və faiz dərəcələri olan törəmə maliyyə alətləri və xarici valyuta ilə mütəşəkkil ticarətdə banklar və brokerlərin iştirak edə biləcəyi 44 dövlət və ərazinin, o cümlədən Azərbaycanın daxil olduğu siyahı hazırlayıb.

ABC.AZ İnterfax-a istinadən xəbər verir ki, siyahının təsdiq edilməsi haqqında hökumətin qərarının layihəsi ictimai müzakirənin aparılması məqsədilə regulation.gov.ru saytında dərc olunub.

İctimai müzakirə avqustun 2-dək davam edəcək.