İlin birinci yarısında əməliyyat mənfəəti 31,8 faiz artan Bank - Hesabat

15:25 - 18.07.2023


18 iyul, Fineko/abc.az. "PAŞA Bank"ın bu ilin birinci yarısında əməliyyat mənfəəti 31,8% artaraq 123 milyon 532 min manat olub.

ABC.AZ xəbər verir ki, bu barədə Bankın hesabatında qeyd edilib.

Vurğulanıb ki, "PAŞA Bank"ın cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 1,8% azalaraq 30 iyun 2023-cü il tarixində 8 milyard 377 milyon 653 min manat təşkil edib. Aktivlərin geriləməsi nağd pul vəsaitlərinin azalması ilə əlaqədardır. Bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 0,6% artaraq 2 milyard 744 milyon 294 min manata yüksəlib.  

"PAŞA Bank"ın qiymətli kağızlara investisiyaları 2023-cü ilin birinci yarısında ötən ilin sonu ilə müqayisədə 39,4% artaraq 2 milyard 433 milyon 944 min manata, digər banklardakı depozitləri isə 135% (2,4 dəfə) artaraq 1 milyard 393 milyon 248 min manata çatıb.