12:33 - 18.07.2023
18 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.
AMB-nin məlumatına görə, iyulun 18-də keçirilən valyuta hərracında bankların tələbi 32,1 milyon dollar təşkil edib və tam təmin edilib. Bu, keçmiş hərracdan 12,8 milyon dollar və ya 66,32% çoxdur.
Hərracın yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.
İyulun 13-də keçirilən valyuta hərracında Mərkəzi Bank banklara 19,3 milyon dollar satıb.
7 Sentyabr 2026
7 Sentyabr 2026
5 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026