15:08 - 10.07.2023
10 iyul, Fineko/abc.az. Azər Rasim oğlu Abbasov, Prezident İlham Əliyevin sərəncamı ilə Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyəti sədrinin müavini təyin edilib.
ABC.AZ xəbər verir ki, Azər Abbasov 1985-ci ildə Bakı şəhərində anadan olub.
2007-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsi üzrə bakalavr, 2010-ci ildə Bakı Dövlət Universitetinin Kommersiya hüququ üzrə magistr pilləsini bitirib.
Əmək fəaliyyətinə 2006-cı ildən Azərbaycan Hüquqçular Assosiasiyasında hüquqşünas kimi başlayıb, 2008-ci ildən isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində məhkəmə nəzarətçisi vəzifəsində çalışıb.
7 Sentyabr 2026
7 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026