Maliyyə Monitorinqi Xidməti ötən il nə qədər gəlir əldə edib?

10:21 - 7.07.2023


7 iyul, Fineko/abc.az. Maliyyə Monitorinqi Xidməti (MMX) 2022-ci ildə 2,751 milyon manat gəlir əldə edib.

ABC.AZ xəbər verir ki, bu, 2021-ci ilə nisbətən 9,7 % azdır.

Ötən il MMX-nın xərci və onun dinamikası da elə bu qədər olub. O cümlədən qurumun insan resursları üzrə xərcləri 2,44 milyon manat (illik müqayisədə 8,9 % az), köhnəlmə və amortizasiya xərcləri 120 min manat (2,6 % çox), inzibati xərcləri 189 min manat (24,4 % az), məzənnə fərqindən zərəri isə 1 min manat (18,8 % az) təşkil edib.

Bu il yanvarın 1-nə MMX-nın aktivləri 8,014 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,6 % çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 2,7 % artaraq 4,787 milyon manata çatıb, balans kapitalı isə dəyişməyərək 3,227 milyon manat olub.