Banklarının qeyri-faiz gəlirləri və xərcləri artıb

14:45 - 3.07.2023


3 iyul, Fineko/abc.az. Cari ilin yanvar-may aylarında Azərbaycan bankları 860,4 milyon manat qeyri-faiz xərcləri çəkib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,3% çoxdur.

ABC.AZ “Renkinq”ə istinadla xəbər verir ki, eyni dövrdə bankların qeyri-faiz gəlirləri isə 480,4 milyon manat olub.

Bu, isə ötən ilin eyni dövrü ilə müqayisədə 12,8% çoxdur.