Rusiya Mərkəzi Bankının qızıl-valyuta ehtiyatları artıb - DETALLAR

11:52 - 23.06.2023


23 iyun, Fineko/abc.az. Rusiya Mərkəzi Bankının qızıl-valyuta ehtiyatları artıb. 

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının açıqlamasında qeyd edilib. Şimal qonşumuzun Mərkəzi Bankının ehtiyatları keçən həftə 585,7 milyard dollardan 587,5 milyard dollara yüksəlib.

Qızıl-valyuta ehtiyatları 2022-ci ilin sonunda 580 milyard dollar səviyyəsində idi.

Rusiyanın qızıl-valyuta ehtiyatları 1999-cu ilin aprelində 10,8 milyard dollarla ən aşağı səviyyədə olub.

Rusiya Çin, Yaponiya və İsveçrədən sonra 4-cü ən böyük ehtiyata malik ölkədir.