“Ekol Mühəndislik Xidmətləri” QSCnin xalis mənfəəti 3,6 dəfə azalıb

11:47 - 23.06.2023


23 iyun, Fineko/abc.az. “Ekol Mühəndislik Xidmətləri” QSC 2022-ci ili 1 milyon 856 min manat xalis mənfəət ilə başa vurub.

ABC.AZ xəbər verir ki, bu şirkətin hesabatında öz əksini tapıb.

Müqayisə üçün qeyd edək ki, Şirkət 2021-ci ili 6 milyon 738 min manat xalis mənfəət ilə başa vurmuşdu. Beləliklə, ötən il “Ekol Mühəndislik Xidmətləri”nin xalis mənfəəti 3,6 dəfə azalıb. Xalis mənfəətin azalması xərclər və məsrəflərin gəlirlərdən daha çox artması ilə əlaqədardır.  

Şirkətin gəlirləri 2021-ci ildə 33 milyon 248 min manat ikən, 2022-ci ildə 40 milyon 905 min manata yüksəlib (7 milyon 657 min manat artıb). 

Gəlirlərin artmasına qarşı  “Ekol Mühəndislik Xidmətləri”nin xərcləri daha çox artıb. İllik xərclər və məsrəflər 12 miylon 984 min manat artaraq 2021-ci ildəki 23 milyon 688 min manatdan 2022-ci ildə 36 milyon 672 min manata yüksəlib. O cümlədən, əməkhaqqı xərcləri  7 milyon 113 min manat artıb.