“Uber” 200 nəfər əməkdaşını işdən çıxaracaq - İşçilərinə mıktub göndərdi

12:06 - 22.06.2023


22 iyun, Fineko/abc.az. “Uber” 200 nəfər əməkdaşını işdən çıxaracaqları barədə işçilərə məktub göndərib.

ABC.AZ xarici mediaiya istinadən xəbər verir ki, şirkətdən bunu maliyyə vəsaitlərinə qənaət üçün etdiklərini bildiriblər.

Şirkətin işə götürmə komandasının 35 faizinə təsir edəcək ixtisarların ümumi işçilərinin yüzdə 1-dən azını təşkil etdiyi bildirilib və şirkətin bu il əsasən gəmiçilik bölməsində və xaricə qida paylama əməliyyatlarında yüzlərlə insanı ixtisar etdiyi qeyd edilib.

Qeyd edək ki, “Meta”, “Amazon”, “Microsoft” və “Google”un ana şirkəti “Alphabet” kimi texnologiya sektorunun aparıcı şirkətləri də ABŞ-dakı işçilərin sayını azaldıb.

Müəllif: Elmir Murad