I rübdə xarici valyutada verilən biznes kreditləri üzrə tələb azalıb

12:22 - 19.06.2023


19 iyun, Fineko/abc.az. 2023-cü ilin I rübündə xarici valyutada verilən biznes kreditləri üzrə tələb azalıb. Banklar 2023-cü ilin II rübü üçün biznes kreditləri üzrə gözləntilərində milli valyutada, habelə qısamüddətli və uzunmüddətli kreditlərə tələbin artmasını, xarici valyutada olan kreditlərə isə tələbin dəyişməyəcəyini proqnozlaşdırırlar.

ABC.AZ xəbər verir ki, bu Mərkəzi Bankın kreditləşmə fəaliyyətinə dair sorğusunun nəticələrində öz əksini tapıb. 

Qeyd edilib ki, biznes, o cümlədən, KOS subyektləri kreditləri üzrə tələb artımını səngidən əsas faktorlar faiz dərəcələri, investisiya və dövriyyə kapitalı ehtiyacı üzrə yumşaldıcı təsirin azalması olub. Biznes subyektlərinin borclanma səviyyəsində artım tendensiyası davam edib. Artım əsasən mikro və KOS subyektləri üzrə müşahidə edilib.