Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi sürətlə artır - İlham Əliyev

15:38 - 13.06.2023


13 iyun, Fineko/abc.az. Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi sürətlə artır, artıq 6 milyard dollara yaxınlaşıb.

ABC.AZ xəbər verir ki, bunu İyunun 13-də  Prezident İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatla çıxış zamanı bildirib. 

"Ticarət dövriyyəmiz gələcəkdə daha da artacaq. Bunu həyata keçirəcəyimiz layihələr təmin edəcək. Azərbaycandan Türkiyəyə təbii qazın ixracı artmaqdadır. Bu gün biz razılığıa gəldik ki, bundan sonra da artacaq. Bundan başqa Türkiyə üzərindən Avropaya qaz ixracı artmaqdadır. Buna böyük təlabat var",- Əliyev deyib.