Bu audit şirkətinin fəaliyyəti dayandırıldı

17:10 - 5.06.2023


5 iyun, Fineko/abc.az. Azərbaycanda fəaliyətdə olan “PKF Audit Azerbaijan” MMC audit şirkətinin fəaliyyəti dayandırılıb. 

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, bu qərarı Azərbaycan Respublikası Auditorlar Palatası verib.

Palata “PKF Audit Azerbaijan” MMC-yə 5 il müddətində 2021-ci ilin avqustunda vermişdi. Bu da 2026-cı ilin avqustunda lisenziya bitməli idi.

“PKF Audit Azerbaijan” MMC 2016-cı ilin iyulunda təsis edilib.