15:21 - 28.06.2018
28 iyun, Fineko/abc.az. Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev bir neçə əmr imzalayıb.
Nazirliyin məlumatında deyilir ki, qurumda yeni təyinatlar olub.
“Nazirin əmrinə əsasən, Fikrət Babayev nazirliyin Aparatının rəhbəri, Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri vəzifəsinə Vüqar Şixəmmədov, nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə İntiqam Hümbətov, Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri isə Aslan Cəfərov təyin olunmuşdur”, - deyə məlumatda bildirilir.
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026